Ölkə

İtkin düşən neftçilərin sonuncusu da tapılaraq ailəsinə təhvil verildi - YENİLƏNİB

22 Avqust 2017 11:52
4 Şərh     Baxış: 2 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:52

Dənizdən meyiti tapılan Əsədov Samir Atabala oğlu ailəsinə təhvil veriləcək.

Axtarış-Xilasetmə qərargahındən Milli.Az-a verilən məlumata görə, Samir Əsədov itkin düşən neftçilərin sonuncusu idi.

Bununla da, itkin düşən neftçilərin hamısı Qərargahın həyata keçirdiyi Axtarış - Xilasetmə əməliyyatları nəticəsində tapılaraq ailəsinə təhvil verildi və axtarış - xilasetmə əməliyyatlarına yekun vuruldu.

-----------

10:56

"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Axtarış-Xilasetmə qərargahındən Milli.Az-a verilən məlumata görə, həyata keçirilən axtarış - xilasetmə əməliyyatları nəticəsində avqustun 18-i saat 18:10-da Daş Zirə (köhnə Vulf adası) adasında aşkar edilən kişi meyitinin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft-qaz çıxarma sahəsində "əmtəə operatoru" vəzifəsində çalışmış, 4 yanvar 1979-cu il təvəllüdlü Əsədov Samir Atabala oğluna məxsus olduğu müəyyən edilib.

Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.