Ölkə

Azərbaycanın cənubunda yol dağıldı: bir neçə kilometrlik tıxac yarandı - FOTO

21 Avqust 2017 17:10
5 Şərh     Baxış: 2 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində, İranla sərhəddə bir neçə kilometr ərazidə asfalt yol sıradan çıxıb. Ərazidə tıxac yaranıb, ölkənin cənub rayonlarından paytaxta gediş-gəliş çətinləşib. Bu barədə virtualaz.org-a sakinlər məlumat veriblər.

Milli.Az xəbər verir ki, "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli virtualaz.org-a açıqlamasında bildirib ki, bu yol ötən əsrin 70-ci illərdən istismar olunur. Yolun dağılmasının əsas səbəbi isə burada ağır tonnajlı avtomobillərin hərəkət intensivliyidir.

Qurumun əməkdaşları hazırda yolun bu hissəsində bərpa işlərini həyata keçirirlər. Yolun bərpası bir aydan sonra tamamilə bərpa olunacaq. Bundan başqa, "Azəravtoyol"la paralel olaraq, "İpək yolu" layihəsi çərçivəsində də yolun tikintisi həyata keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.