Ölkə

"Təhlükəli yoluxucu xəstəliklərlə bağlı vəziyyət nəzarət altındadır" - Səhiyyə Nazirliyi

21 Avqust 2017 12:00
0 Şərh     Baxış: 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda təhlükəli yoluxucu xəstəliklərlə bağlı vəziyyət nəzarət altındadır.

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova deyib. O bildirib ki, bu gün yoluxucu xəstəliklərlə bağlı kəskin bir hal yoxdur və vəziyyət stabildir.

R.İsmayılovanın sözlərinə görə, ölkədə vəba infeksiyasına qarşı da monitorinqlər aparılır və hələ ki bu infeksiya qeydə alınmayıb: "Monitorinqlər may ayından başlayıb və oktyabrın sonuna kimi davam edəcək. Ötən 1-2 ay ərzində stansiyaya kəskin respirator viruslarla bağlı hər hansı nümunə daxil olmayıb. Virus infeksiyaları üçün hazırda mövsüm deyil. Belə hallar daha çox qış mövsümündə qeydə alınır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.