Ölkə

Bakıda endirim şoku: insanlar ticarət mərkəzinə hücum etdilər - VİDEO

21 Avqust 2017 11:23
7 Şərh     Baxış: 7 550
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıdakı "Nərgiz Mall" ticarət-əyləncə mərkəzində yeni endirimli mallar satılan "outlet-mağaza"nın açılışı paytaxtın qadın sakinləri arasında görünməmiş ajiotaja səbəb olub.

Hadisə şahidlərinin qeydə aldığı videolardan göründüyü kimi, insanlar mollun açılışı ilə eyni anda ticarət mərkəzinə, sözün əsl mənasında, hücum edib və yeni mağazaya doğru yönəlib.

Milli.Az 1news.az-a istinadən xəbər verir ki, ziyarətçilərin görünməmiş axını insanlar arasında toqquşmalara gətirib çıxarıb və bir neçə saatdan sonra nəinki yeni "outlet-mağaza", hətta bütün ticarət mərkəzi vəziyyətin tənzimlənməsi məqsədilə bağlanıb. Ertəsi gün mağazanın işi bərpa olunub.

Şahidlər deyir ki, bu gün səhər yenə də böyük insan kütləsi hələ ticarət mərkəzi açılmamış onun girişinin qarşısına toplaşıb və mağazanın vaxtından əvvəl açılmasını tələb edib. Eyni zamanda, insanların sıxlığı bəzilərinin halının pisləşməsinə səbəb olub.

Bildirildiyinə görə, mağazada bütün mallar cəmi 5 manata satılır və elə bu da insanların böyük marağına səbəb olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda endirim şoku: insanlar ticarət mərkəzinə hücum etdi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.