Ölkə

Kolları məhv etdiyinə görə cərimələndi

21 Avqust 2017 10:45
0 Şərh     Baxış: 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Qaynar xətt"inə İmişli rayonu Kürdmahmudlu kənd sakini Qoşqar Əhmədov tərəfindən kənd ərazisində suvarma arxının ətrafında yulğun kollarının məhv edilməsi ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb.

ETSN-dən Milli.Az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı yaş köküstə yulğun kollarının traktor vasitəsilə əzildiyi və kökündən çıxarılaraq məhv edildiyi aşkar edilib.

Araşdırma zamanı yulğun kollarının kənd sakini Şahməli Əhmədov tərəfindən məhv edildiyi məlum olub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub. İnzibati xəta törətdiyinə görə Ş.Əhmədov 2000 manat məbləğində cərimə edilib və ona yulğun kollarının məhv edilməsinə görə 640 manat məbləğində ziyan tətbiq olunub.

Qeyd edək ki, yulğun "Qırmızı kitab"a düşən bitkilərdəndir.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.