Ölkə

Azərbaycanda deputat atasına heykəl qoydurdu, qalmaqal yarandı

19 Avqust 2017 12:22
12 Şərh     Baxış: 3 631
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabad rayonundan millət vəkili seçilən Rüstəm Xəlilov atasına heykəl qoydurduğu üçün sosial şəbəkələrdə sərt tənqid olunub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, deputat atası Gülabba Xəlilov üçün heykəli Sabirabad rayonunun Nizami kənd bələdiyyəsinin qarşısında qoydurub. Sosial şəbəkələrdə yazılanlara görə, kənd sakinləri mühüm günlərdə həmin heykəli ziyarət etməyə məcbur edilir. Bundan başqa, heykəl şəhidlər lövhəsinin qarşısında qoyulub. 

Qeyd edək ki, deputatın atası Xəlilov Gülabba 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı, daha sonra Lenin ordeni ilə təltif olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.