Ölkə

"Faytonçu" Nazimin ölüm xəbəri yalan çıxdı - YENİLƏNİB

19 Avqust 2017 10:41
44 Şərh     Baxış: 20 100
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:41
 
Milli.Az bildirir ki, Faytonçu Nazimin ailəsindən azxeber.com-a verilən məlumata görə, müğənninin ölümü ilə bağlı yayılan məlumat yalandır.
 
Onların verdiyi məlumata görə, müğənninin vəziyyəti yaxşıdır. Nazim sağ və salamatdır. 

----------

10:02

"Faytonçu" ləqəbi ilə tanınan müğənni Nazim Pişyarının ölüm xəbəri yayılıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sənətçinin həmkarı Vüqar Muradov sosial şəbəkədə paylaşım edib. 

O, sənətçinin bir neçə saat əvvəl dünyasını dəyişdiyini qeyd edib. Muradov daha sonra paylaşılan həmin postu İnstaqram səhifəsindən silib. 

Qafqazinfo mövzu ilə bağlı V.Muradovla əlaqə saxlayıb. İfaçının köməkçisi qeyd edib ki, Vüqar Nazimin ölüm xəbərini onun dostu, dağıstanlı ifaçı Əli Əkbər Şahmuradovun səhifəsində görüb. 

"Faytonçu" ilə əlaqə saxlamaq mümkün olmayıb. Onun keçmiş prodüseri isə müğənni ilə gecə zəngləşdiyini, toy barədə danışıqlar apardığını söyləyib. 

O bildirir ki, Nazimin xanımıyla əlaqə saxlayıb və hər şeyin qaydasında olduğunu söyləyib. 

-----------

09:15

Faytonçu ləqəbi ilə tanınan müğənni Nazim vəfat edib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu haqda sosial şəbəkədə ifaçının dostları məlumat yayıb.

Qeyd edək ki, bir müddətdir xəstəlikdən əziyyət çəkən müğənni arıqlaması ilə diqqət çəkmişdi.

Xəstəliyinin ağırlaşmasında azərbaycanlı həkimləri günahkar bilən müğənni son müsahibəsində səhhətinin yaxşılaşdığını demişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.