Ölkə

7 yaşlı uşağın ölüm səbəbi məlum olub - YENİLƏNİB

18 Avqust 2017 20:20
72 Şərh     Baxış: 4 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:20

Bərdədə beyninə yığılan çirk 7 yaşlı uşağın ölümünə səbəb olub. 2010-cu il təvəllüdlü Hüseynov Üzeyir Şahin oğlu xəstəxanada dünyasını dəyişib.
 
Milli.Az bildirir ki, bu barədə APA-ya uşağın atası Şahin Hüseynov məlumat verib.
 
"Mənim uşağımı 3 ay əvvəl balaca küçük dişləmişdi. Heç qanamamışdı yarası. Üç gün əvvəl dişi ağrıdı, apardım həkimə. Həkim dedi ki, diş çirk edib çəkə bilmərəm. Evə gətirdikdən sonra uşaq bizdən xəbərsiz gedib mağazadan dondurma alıb yeyib. Gecə saatlarında uşağın bədən hərarəti 40 dərəcəyə catdı. Apardıq həkimə, həkim dedi gecikmisiniz, uşağın başına çirk yığılıb", deyə Ş.Hüseynov bildirib.
 
Qeyd edək ki, bundan əvvəl uşağın ir dişləməsi nəticəsində dünyasını dəyişdiyi barədə məlumat yayılmışdı. Faktla bağlı Bərdə rayon Prokrorluğunda araşdırma başlanıb. 

-----------

18:51

Bərdə rayonunda 7 yaşlı uşaq it dişləməsi nəticəsində dünyasını dəyişib.

Hadisə rayonun Lək kəndində baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, kənd sakini, 2010-cu il təvəllüdlü Hüseynov Üzeyir Şahin oğlunu bir neçə gün əvvəl it dişləyib. Valideynləri uşağı dərhal xəstəxanaya aparıblar, lakin orada bildirilib ki, alınan yaranın uşaq üçün həyati təhlükəsi yoxdur.

Evdə bir neçə gün qaldıqdan sonra uşağın qəfldən vəziyyəti pisləşib və o dünyasını dəyişib. Üzeyir Hüseynov bu gün dəfn olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.