Ölkə

Bakıda çağırışa gedən təcilli yardım həkimini döydülər - YENİLƏNİB

18 Avqust 2017 18:31
1 Şərh     Baxış: 2 270
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:31

Ötən gecə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının daha bir əməkdaşı çağırışçı tərəfindən döyülərək təzyiqlərə məruz qalıb.

Milli.Az bildirir ki, baş həkim Rauf Nağıyevin salamnews-a verdiyi məlumata görə, Abşeron rayonu Mehdiabad qəsəbəsinə çağırışa gedən Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Binəqədi rayon 16 saylı köməkçi yardım stansiyasının sürücüsü 60 yaşlı Firuz Allahverdiyev sərxoş vəziyyətdə olan çağırışçı tərəfindən döyülüb. Belə ki, ünvanı düzgün verməyən çağırışçı həkimlərin gec gəlməyindən əsəbləşib və sürücünü təcili yardım maşınının qapısı ilə sıxaraq ona müxtəlif bədən xəsarətləri yetirib. Baş vermiş faktla bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşı Abşeron Rayon Polis İdarəsinə rəsmi ərizə ilə müraciət edib və təhqiqat araşdırmalarına başlanılıb. 

Qeyd edək ki, bu bir gecədə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarına qarşı olan 2-ci faktdır.

-----------

17:10

Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi döyülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, 2-ci Çala küçəsi, ev 1, mənzil 22-də qeydə alınıb.

Həmin ünvana çağırışa gedən, 2 saylı Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Bəhram Əsgərov ev sahibi, 1983-cü il təvəllüdlü Elnar Cəfərov tərəfindən döyülüb.
 
Həkim polisə şikayət edib.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.