Ölkə

"Neftdən əlimizi üzməliyik"

18 Avqust 2017 17:18
1 Şərh     Baxış: 3 526
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda neft hasilatı ilbəil azalır.

Milli.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Pərviz Heydərov bildirib. Onun sözlərinə görə, ölkədə neft hasilatı azalmaqda davam edir: 

"Cari ilin ötən 7 ayı ərzində hasilat 22 milyon 500,6 min ton təşkil edib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 8,9 % və ya 2,2 milyon ton azdır. Belə ki, 2016-cı ilin yanvar-iyul ayları ərzində 24 milyon 700 min ton neft hasil edilmişdi.

Yəni, demək istədiyim budur ki, dünya bazarlarında qiymətlər bizim üçün hazırda o qədər də sərfəli səviyyədə olmamaqla yanaşı, hasilatımız özü də azalır və bu, artıq bir neçə ildir ki, davam edir. Azərbaycanda neft ən çox 2010-cu ildə hasil edilib. Həmin ildən sonra isə hasilat düşür. Bu il üçün isə 40 milyon ton planlaşdırılmışdı. Amma belə davam etsə, hasilat bundan sonra 2-3 milyon ton az olacaq. Səbəb də bəllidir - ehtiyatlar tükənir, quyular köhnəlir, xərclər artır və s".

Ekspertin fikrincə, istər-istəməz neftdən əlimizi üzməliyik: "Ümumiyyətlə, energetika sektorunda gələcəyimiz mavi yanacağa - qaza bağlıdır. Azərbaycan 2020-ci ildən etibarən qaz satmağa başlayacaq. Ancaq qaz heç vaxt neft olmayıb və olmayacaq da. Odur ki, ümid qeyri-enerji sektorunadır".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.