Ölkə

Bədii gimnastika üzrə 24-cü açıq Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB - FOTO

18 Avqust 2017 20:05
Baxış: 1 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:05

Bakıda keçirilən Bədii gimnastika üzrə 24-cü açıq Azərbaycan çempionatı qaliblərin mükafatlandırılması ilə başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, böyüklər arasında çoxnövlülük üzrə yarışın qalibi 64,900 xalla Zöhrə Ağamirova olub. Gümüşü Veronika Hudis, bürüncü isə Aya Tanaka Probert qazanıb.

Gənclər arasında çoxnövlülük üzrə yarışın qalibi Darya Farşbafşahriyari olub. O, 49,250 xal toplayıb. Nərminə Səmədova ikinci, Arzu Cəlilova üçüncü yeri əldə ediblər.

Çempionatda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport", "Start", "Zirvə " və Gəncə, Qusar, Kürdəmirin idman klubları, eləcə də Yeni Zelandiyadan olan ümumilikdə 25 gimnast iştirak edib.

--------

13:14

Bədii gimnastika üzrə 24-cü açıq Azərbaycan çempionatına start verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, gənclər və böyüklər yaş kateqoriyasında yer alan 25 gimnast halqa, top, gürzlər və lentlə zövqlü musiqi və çətin elementlərin ahəngindən yaranan kompozisiyaları icra edərək medallar uğrunda mübarizə aparacaqlar.

Yarışlarda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, "Start" İdman Klubu, "Zirvə İnternational" İdman Klubu, Gəncə, Qusar və Kürdəmir təmsilçiləri ilə yanaşı, ölkəmizdə təlim-məşq toplanışında olan xarici idmançılar da öz maraqlı çıxışları ilə izləyicilər qarşısına çıxacaqlar.

İştirakçıların yarış həyəcanını azaltmaq, eyni zamanda onlara dəstək olmaq üçün gələn tamaşaçılara maraqlı və xoş anlar yaşatmaq üçün hər zaman fərqli ab-havada təşkil olunan gimnastika yarışlarında bu dəfə də hədiyyəli müsabiqələr, əyləncəli fleşmoblar və nümunəvi çıxışlar baş tutacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.