Ölkə

2 uşaq atasını həmkəndlisi baltalayaraq öldürdü - YENİLƏNİB - VİDEO - FOTO

18 Avqust 2017 20:55
0 Şərh     Baxış: 2 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:55

Quba rayonunda qətl hadisəsi baş verib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Cimi kəndində qeydə alınıb.

Kənd sakini, 37 yaşlı Alxasov Maarif həmkəndlisi, 34 yaşlı Vətən Əhmədova balta ilə xəsarət yetirib.

Xəsarət alan şəxs ölüb. Hadisənin tərəflər arasında yaranan münaqişə zəminində baş verdiyi bildirilir. Ölən V.Əhmədov ailəli olub, iki övladı var.

Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:

2 uşaq atasını həmkəndlisi baltalayaraq öldürdü 

---------

13:18

Quba rayonunda qətl hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Cimi kəndində qeydə alınıb. Kənd sakini, 1980-ci il təvəllüdlü Alxasov Maarif Qazəhməd oğlu həmkəndlisi, 1983-cü il təvəllüdlü Əhmədov Vətən Vəkil oğluna balta ilə xəsarət yetirib.

Xəsarət alan şəxs ölüb. Hadisənin tərəflər arasında yaranan münaqişə zəminində baş verdiyi bildirilir.
 
Ölən V.Əhmədov ailəli olub, iki övladı var.
 
Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.