Ölkə

Ərəb qadının "Park Bulvarda" başına gələnlərlə bağlı AÇIQLAMA - YENİLƏNİB - VİDEO

18 Avqust 2017 14:09
8 Şərh     Baxış: 7 411
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:09

Dünən "Park Bulvar" Ticarət Mərkəzində bir ərəb xanımın ayağının eskalatorun arasında qalması və onun hadisə yerindən birbaşa xəstəxanaya aparıldığı barədə məlumat yayılıb.

Milli.Az bildirir ki, yenicag.az məsələyə aydınlıq gətirmək üçün "Park bulvar"ın ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayıb. Saytımıza bildirilib ki, hazırda xanım turistin vəziyyəti yaxşıdır:

"Hadisə dünən baş verib. Turist xanımın diqqətsizliyi üzündən ayağı eskalatorda ilişib qaldı. Qarşıda uşaqlar da olub. Qadın özünü itirib, necə davranacağını bilməyib. Dərhal təcili tibbi yardım maşını çağırdıq. Həkimlər onu müayinə edib, ilkin tibbi yardım göstərdilər. Onun xəstəxanaya aparılması barədə yazılan xəbərlər yanlışdır. Hazırda onun sağlamlığı ilə bağlı heç bir problem yoxdur, turist xanım öz ölkəsindədir, ".

-----------

13:05

17 avqust tarixində "Park Bulvar"da qorxunc və həyəcanlı anlar yaşanıb.

Milli.Az goldnews.az-a istinadən xəbər verir ki, ərəb turist xanımın ayağı ehtiyatsızlıqdan eskalatorun arasında ilişib. Xanımı xilas etmək üçün hadisə yerinə polislər cəlb olunub.

Polislərin səyi nəticəsində xanımın ayağı ekskalatordan azad edilib. Qadın əlil arabasında hadisə yerindən birbaşa xəstəxanaya aparılıb. Həmin görüntüləri sizə təqdim edirik.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.