Ölkə

Özünü 5 gün əvvəl asmış 56 yaşlı kişinin cəsədi tapıldı - YENİLƏNİB

18 Avqust 2017 12:16
0 Şərh     Baxış: 1 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:16

Ötən gün Neftçala rayonunun Kürkənd kənd sakini, 1961-ci ildə anadan olmuş Mütəllim Əhmədağa oğlu Cahangirov yaşadığı evdə iplə asılmış vəziyyətdə tapılıb.

Milli.Az-ın virtualaz.org-a istinadən məlumatına görə, cəsədi mərhumun qardaşı onun tənha yaşadığı evinə gələrkən aşkarlayıb.

İlkin ehtimallara görə, Mütəllim Cahangirov 4-5 gün əvvəl ailə münaqişəsi zəminində intihar etsə də, tək yaşadığı üçün bundan xəbər tutan olmayıb.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

-----------

10:31

Neftçala rayonunda intihar hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Kürkənd kəndində baş verib. Kənd sakini, 1961-ci il təvəllüdlü Mütəllim Əhmədağa oğlu Cahangirov özünü yaşadığı evdə asıb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.