Ölkə

Bakıda evlər ucuzlaşdı

18 Avqust 2017 09:05
3 Şərh     Baxış: 4 273
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin iyul ayında həm təkrar, həm də ilkin mənzil bazarında qiymətlərdə azalma müşahidə olunub.

Milli.Az xəbər verir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, təkrar mənzil bazarında qiymətlərdə azalma ay ərzində 4,29 faiz təşkil edib. İl ərzində isə azalma 2,55 faiz olub.

İlkin mənzil bazarında isə ay ərzində qiymətlərdə 4,94 faiz azalma olsa da, il ərzində 16,46 faiz artım müşahidə olunub.

Ekspert vurğulayıb ki, ucuzlaşma yay mövsümü ilə əlaqədardır və müvəqqəti xarakter daşıyır. Onun sözlərinə görə, sentyabrdan başlayaraq bazarda canlanma və qiymət artımı gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.