Ölkə

"İt başından tutub çeynədi, təcili yardım yaxın durmadı" - 5 yaşlı Zeynəbin FACİƏLİ ÖLÜMÜ - VİDEO - FOTO - YENİLƏNİB

17 Avqust 2017 19:58
82 Şərh     Baxış: 20 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:58

Sumqayıtda ötən ayın 31-də 10-cu mikrorayon ərazisində quduz itin dişlədiyi 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızı vəfat edib.

ARB 24 xəbər verir ki, hadisə mikrorayonun 40-ci binasının qarşısında olan uşaq meydançasında baş verib. Zeynəb meydançada turnikdən sallanarkən it onu tutaraq aşağı yıxıb və baş nahiyəsindən dişləyib. Uşağı itin əlindən xilas edən Asif Kərimov hadisəni belə xatırlayır.

ASif Kərimov (hadisə şahidi) " İt onun belindən tutub yerə yıxdı. Sonra başından çeynəməyə başladı. Tutub qolundan apardım, təcili yardım dedi ki, bizlik deyil".

Tofiq Seyfəliyev (Zeynəbin babası) : "Bunlar onu tutan iti yoxlamadılar ki, bu it quduzdur yoxsa, yox. 3 gün orada yatırıb evə göndəriblər. Dedilər ki, həftədə bir dəfə gələrsiz iynə vurarıq. Sonra qızdırması qalxdı və tez xəstəxanaya apardıq".

Sumqayıt şəhər Səhiyyə şöbəsindən suallarımıza cavab verən olmasa da Təcili Tibbi Yardım Xəstəxanasından bildirdilər ki, iyulun 31-də xəstəxanaya daxil olan Zeynəb Mikayılzadəyə lazımi tibbi yadımlar göstərilib. Lakin bütün səylərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Burada 5 yaşlı uşağa daha bir vaksin vurulub. Amma bu da onun həyatda qalmasına kifayət etməyib. Zeynəbin dünyasını dəyişməsinə səbəb kimi onun immunitetinin aşağı olması və kəskin hemoqlobinin azlığı göstərilir.

Sumqayıtda son 40 gündə 199 nəfəri it dişləyib. Təkcə iyul ayında 133, avqustun 17 günü ərzində isə 66 sakin it dişləməsi ilə bağlı həkimə müraciət edib. 

16:21

Xəbər verdiyimiz kimi Sumqayıtın 10-cu mikrorayonda yerləşən 40-cı evin ərazisində 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızını quduz it dişləmiş və azyaşlının vəziyyəti ağırlaşmışdı.

Milli.Az xəbər verir ki, xeberle.com-a Zeynəbin əmisi tərəfindən verilən məlumata görə ağır vəziyyətdə olan uşaq bu gün dünyasını dəyişib.

Qeyd edək ki, hadisə iyulun 31-də baş verib. Daha əvvəl Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri Nəriman Baxşəliyev bildirmişdi ki, azyaşlı ölümcül vəziyyətdədir və onun sağalma ehtimalı yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
"İt

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.