Ölkə

Azərbaycanda şəkər inhisarçılarına zərbə? - FOTO

17 Avqust 2017 14:57
2 Şərh     Baxış: 1 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda uzun illərdir inhisarda olan sahələrdən biri-ölkəyə şəkər idxalında vəziyyət radikal şəkildə dəyişib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi ölkəyə bu ilin 6 ayı ərzində ötən ilin bütün dövrü ilə müqayisədə 18 dəfə çox şəkər idxal olunduğunu açıqlayıb.

Komitənin açıqladığı statistikaya əsasən bu ilin birinci yarısında Azərbaycana 34.5 milyon dollar dəyərində 67 min 775 ton şəkər gətirilib. 2016-cı ildə bu göstərici cəmi 3 min 636 ton olub. İdxalın əsas hissəsi Rusiyanın (51 min 219 ton), Belarusun (8 min 262 ton) və Ukraynanın (7 min 382 ton) payına düşür. Şəkərin məhz MDB ölkələrindən gətirilməsini bu ölkələr arasında ticarətin gömrük rüsumundan azad olmasıyla izah edilir.

Ölkəyə şəkər idxalının kəskin artdığı bir vaxtda Azərbaycandan şəkər ixracı azalıb. Dövlət Gömrük Komitəsi ilin 6 ayı ərzində ölkədən 40 min 284 ton - ötən ilin altı ayındakından 11 min ton az şəkər ixrac olunub. İxracatdan gələn vəsait 3.3 milyon dollar azalıb. İxracla yanaşı ölkədə şəkər istehsalında da azalma var. Belə ki, Dövlət Statistika Komitəsi birinci yarım illikdə 110.2 min ton şəkər və qənd istehsal olunduğunu, istehsalın 35 faiz düşdüyünü bildirir.

Belə görünür ki, ölkəyə şəkər idxalının kəskin artmasının yaratdığı rəqabət nəticəsində ölkədə şəkər istehsalı, eyni zamanda ixrac azalıb. Lakin bir çox ekspertlərə görə şəkər idxalında kəskin artım həm də gömrük sistemində şəffaflığın artırılmasına yönəlmiş radikal islahatların nəticəsidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.