Ölkə

Azərbaycanda "təhlükəsiz internet" xidməti işə salınır

17 Avqust 2017 14:36
1 Şərh     Baxış: 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"BakinterNet" provayderinin istifadəçiləri sentyabr ayında "təhlükəsiz internet" xidmətindən istifadə edə biləcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Məlumata görə, hazırda bu xidmətin tətbiq olunması ilə bağlı təfərrüatlar nəzərdən keçirilir.

Söhbət uşaq və yeniyetmələri arzuolunmaz internet səhifələrindən (böyüklər üçün nəzərdə tutulmuş səhifələr, qumar oyunları, zorakılıq təbliğ edən informasiya və s.) uzaq tutacaq xidmətdən gedir.

Bu xidmətin istifadəçiləri yalnız filtrasiyadan keçirilmiş internet saytlarına giriş əldə edə biləcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.