Ölkə

"Gelandewagen"lə dəhşətli qəza törədən Nail Allahverdiyevdən XƏBƏR VAR

17 Avqust 2017 12:47
13 Şərh     Baxış: 5 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin vəkili dəyişib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, təqsirləndirilən şəxsin vəkili Sevdiyar Bayramov işdən kənarlaşıb. Bundan sonra N. Allahverdiyevin hüquqlarını vəkil Muxtar Mustafayev müdafiə edəcək.
 
Milli.Az xəbər verir ki, M.Mustafayev APA-ya açıqlamasında xaricdə olduğunu və bu işlə bağlı danışmaq istəmədiyini bildirib.
 
Xatırladaq ki, N.Allahverdiyev bu il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində "Mercedes-Gelandewagen" markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törədib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.