Ölkə

Bakıda bacı və qardaşı öldürən şəxsdən XƏBƏR VAR

17 Avqust 2017 13:17
8 Şərh     Baxış: 2 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacı və qardaşı öldürən və analarına isə xəsarət yetirməkdə təqsirləndirilən Azər Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə məlum olub ki, Astara rayon, Ərkivan kənd sakini olan A.Cəfərov 1997-ci ildə anadan olub və ailəlidir. Onun 1 yaşlı övladı var.

O, daha əvvəl xuliqanlıq və avtoqəzaya görə məhkumluq həyatı yaşayıb.
Məhkəmənin baxış iclası avqustun 24-nə təyin edilib.

Qeyd edək ki, bu il aprelin 2-də saat 01:00 radələrində Nərimanov rayonunun Keşlə qəsəbəsində Bakı şəhər sakini Fəridə Qasımovanın üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti evinin qarşısında tapılıb, anası Lətifə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub. Onun idarə etdiyi "BMW" markalı avtomobilin yük yerinə baxış zamanı oradan L.Məmmədovanın 16 yaşlı oğlu Saqil Qasımzadənin bədən və baş nahiyələrində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.