Ölkə

Bakıda BOMBA HƏYƏCANI - Axtarış zamanı məlum oldu ki...

17 Avqust 2017 11:38
0 Şərh     Baxış: 2 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Xətai rayonunda, Neopal dairəsi yaxınlığında ''Opel" markalı minik avtomobilində partlayıcı qurğu olması barədə məlumat daxil olub.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Həmçinin Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) hadisə barədə məlumatlandırılıb.

XRXX və ANAMA-nın mütəxəssisləri tərəfindən həmin avtomobilə birlikdə baxış keçirilib, aparılan əməliyyat-axtarış tətbirləri nəticəsində heç bir şübhəli əşya və qurğu aşkar edilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.