Ölkə

Yararsız avtobuslar xətdən uzaqlaşdırılır - Pas, paz, skoç olmaz - FOTO

16 Avqust 2017 14:43
2 Şərh     Baxış: 1 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Nəqliyyat Agentliyinin (BNA) müntəzəm sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər qarşısında qoyduğu tələblərin mövcud vəzəyyətini yoxlamaq məqsədi ilə son 10 gün ərzində keçirilən monitorinqlərin nəticəsi olaraq, qoyulan tələblərin pozulması hallarına yol verən daşıyıcı və sürücülər müəyyənləşib.

BNA-dan Milli.Az-a verilən məlumata görə, 173 nömrəli marşrut xətti üzrə 10-TF-819 dövlət qeydiyyat nişanlı, 186 nömrəli marşrut xətti üzrə 10-TL-375 dövlət qeydiyyat nişanlı, 139 nömrəli marşrut xətti üzrə 99-JM-781 dövlət qeydiyyat nişanlı avtobusların texniki baxımdan qoyulan tələblərə cavab verməməsi, istismara yarasız vəziyyətdə olması aşkar edilib. Qeyd edilən nəqliyyat vasitələri xətdən kənarlaşdırılıb, əsaslı təmir olunması üçün daşıyıcıya xəbərdarlıq olunub.

Agentlik bir daha bəyan edir ki, qısa vaxt ərzində müasir tələblərə uyğun istehsalat bazasınıa malik olmayan, nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətə gətirməyən və peşəkar sürücü bazasını formalaşdırmayan daşıyıcılar ictimai nəqliyyat şəbəkəsindən kənarlaşdırılacaq və Agentlik öz səlahiyyətləri çərçivəsində ən sərt tədbirlərin görülməsini davam etdirəcək.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.