Ölkə

Gədəbəydə 14 yaşlı oğlan qətlə yetirildi

16 Avqust 2017 12:37
0 Şərh     Baxış: 1 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gədəbəydə qətl törədilib.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, avqustun 15-də Gədəbəy şəhərindəki parkda naməlum şəxs rayon sakini, 14 yaşlı Turay Şabanova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. T.Şabanov xəstəxanaya aparılarkən yolda ölüb.
 
Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən, rayon sakini olan yeniyetmə saxlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.