Ölkə

Bakıda havanın çirklənməsinin qarşısını necə almaq olar?

16 Avqust 2017 12:26
2 Şərh     Baxış: 2 411
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Havanın çirkli olması insan sağlamlığına mənfi təsir göstərən amillərdən biridir. Həkimlər çirkli hava şəraitinin bir çox xəstəliklərin yaranmasında xüsusi rol oynadığını bildirirlər. Onların arasında insan həyatı üçün təhlükə yaradan ürək-damar xəstəlikəri xüsusi yer tutur. Bakı şəhərində, eləcə də Azərbaycanın digər bölgələrində atmosfer havasının vəziyyəti necədir?

Yay fəslində toz-torpağı azaltmaq üçün ətraf ərazilər suvarılmalıdır

Milli.Az xəbər verir ki, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynallı report-a bildirib ki, Bakıda havanın çirklənməsinin əsas səbəbi avtomobillərdir: "Problemin qarşısını almaq üçün maşınların sayını azaltmaq vacibdir. Azərbaycanı xammal bazarına çevirməkdənsə, zavodlar tikilməli, insanlar işlə təmin olunmalıdır. "Azəri" yanacağı hazırlanmalı və dünyaya tanıtdırılmalıdır. Bu tədbirlər görülərsə, Azərbaycan ən təmiz regionlardan birinə çevirilə bilər. Meqapolis böyüyür, tikinti işləri aparılır və temperatur kifayət qədər yüksəkdir. Hava tozanaq olur, insanlar nəfəs ala bilmir. Yay fəslində hava isti və küləkli olanda istiliyi və toz-torpağı azaltmaq üçün ətraf ərazilər suvarılmalıdır. Sovet hakimiyyəti illərində asfalt örtüyü də yuyulurdu. İndi isə bu işlərin heç biri həyata keçirilmir".

Şəhər və bölgələrdə vəziyyət necədir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin​ Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova "Report"a deyib ki, ölkə ərazisində 200 mindən yuxarı əhalisi olan iri şəhərlərdə, eləcə də sənaye profilli inkişaf edən rayon mərkəzlərində atmosfer havasının keyfiyyətinə mütəmadi nəzarət olunur və bunun üçün monitorinqlər keçirilir: "Müəyyən vaxtlarda (əsasən də əlverişsiz meteoroloji şəraitdə ) atmosfer havasında çirkləndiriçi qaz qarışıqlarının miqdarının yol verilən qatılıq həddindən artıq olması qeydə alınır. Buna baxmayaraq, ölkənin atmosfer havasının vəziyyəti qənaətbəxşdir. Azərbaycanda atmosfer havasında ekstremal hallar demək olar qeydə alınmır. Başqa ölkələrin ərazisindən Azərbaycana tranzit formada toz burulğanları gələndə nadir hallarda lokal ərazilərdə yüksək çirklənmə qeydə alınır". 

Onun sözlərinə görə, əhalinin ən sıx məskunlaşdığı Abşeron yarımadasında təzyiqlər, təsirlər digər regionlarla müqayisədə daha çoxdur: "Bakı, Sumqayıt şəhərlərində havanın keyfiyyətində digər ərazilərimizlə müqayisədə fərq var. Amma ümumi metodologiyaya uyğun olaraq hesablama aparanda qeyd etdiyim şəhərlər də daxil olmaqla havasına görə keyfiyyət pisliyi kriteriyasına düşən şəhərimiz yoxdur".

Bakının tozlu havası

Direktor müavini qeyd edib ki, 2000-ci ildə Bakı şəhərində 100 min maşın var idisə, 2017-ci ildə bur rəqəm bir milyona çatıb: "Atmosferə atılan tullantıların 1990-cı ilərdə 70-80 faizi sənaye müəsissələrinin, 30 faizi isə nəqliyyat vasitələrinin payına düşürdüsə, bu rəqəm indiki zamanda yerini dəyişib. Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropa standartlarına uyğun texnologiyaların ölkəyə gətirilməsinə üstünlük verilib. Son 15 ildə ETSN-in Ekspertiza Departamenti tərəfindən müəssisələrin tullantılarının ətraf mühitə təsirinin qiymətləndirilməsi aparılarkən minimum tullantı verən texnologiyalardan istifadə olunan müəssisələrin fəaliyyətinə icazələr verilir. Apardığımız monitorinqlərin nəticələri onu göstərir ki, ölkədə fəaliyyətə başlayan yeni müəssisələr müasir texnologiyalı, yəni az tullantılı müəssisələrdir".

M.Avazova deyib ki, Bakıda küləkli günlərdə tozun miqdarı lokal ərazilərdə daha çox qeydə alınır: "Zamanla Türkmənistan, Ərəbistan yarımadasından toz burulğanlarının atmosfer axınları ilə ölkə ərazisinə daxil olması müşahidə olunur. 1990-ci illərdə bu cür hallar 3-5 ildə bir dəfə qeydə alınırdısa, son dövrlərdə il ərzində 3-4 dəfə müşahidə olunur. Bunun qarşısını almaq mümkün deyil. Ona görə də səhəttində problem olanlar bu cür havalarda qapalı şəraitdə qalsalar daha yaxşıdır".   

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.