Ölkə

Qardaşı arvadını döydü, sonra evini yandırdı - Qazaxda

16 Avqust 2017 10:19
8 Şərh     Baxış: 2 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazax rayon sakini qardaşının həyat yoldaşını öldürməyə cəhd edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Birinci Şıxlı kəndində baş verib. Kənd sakini, 1981-ci il təvəllüdlü Əhmədov Valeh Qurban oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı Həsənova Ceyhunə Eldar qızını döyüb. V.Əhmədov qadının başına ağır çəkiclə zərbələr endirib. C.Həsənova ağır vəziyyətdə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən V.Əhmədov daha sonra həmin evi də yandırıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən V.Əhmədov saxlanılıb.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci( qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlayıb.

Hadisəni törədən V. Əhmədovun psixi xəstə olduğu deyilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.