Əməkdar artist Namis Şirməmmədovun sosial şəbəkədəki paylaşımı yaxınlarının və təqibçilərinin narahatlığına səbəb olub.
Milli.Az xəbər verir ki, səhhətində problem yaranan Sumqayt Dövlət Dram Teatrının aktyoru ağır əməliyyat olacağı haqda paylaşım edib.
Əməkdar artistin sözügedən paylaşımını təqdim edirik:
"Gedirəm əməiliyyata Gürcüstana. Ağır əməliyyatdır. Milli həkimlərimiz məni aldatdılar, sağ qayıtmasam, məndən başqa heç kimi qınamayın. Mən ölən sənətkarlarımızdan artıq deyiləm. Ölmək istəyirəm".
Təhməz Təkin
Milli.Az