Ölkə

Nuşirəvan Məhərrəmli: "Televiziyalardakı məişət verilişləri dilimizə də təsir edib"

15 Avqust 2017 15:59
0 Şərh     Baxış: 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ədəbi dil normaları sovet dövründə ciddi şəkildə qorunurdu, amma müstəqillik əldə etdikdən sonra televiziyalarda məişət xarakterli verilişlərin meydana gəlməsi dilimizə də təsir etdi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli televiziya verilişlərinə yarı Azərbaycan, yarı xarici dilli iştirakçıların dəvət edilməsini də doğru hesab etmir: "Verilişdə iştirak edənlər Azərbaycan dilini səlis bilməlidirlər. Bəzən aparıcılar da yenilik gətirmək və tamaşaçıları cəlb etmək üçün xarici sözlərdən istifadə edirlər. Ancaq bu doğru deyil. Bu işdə ziyalılarımızın da laqeyidliyindən narahatam. Elə ziyalılarımız, məmurlarımız da var ki, fikirlərini ana dilində tam ifadə edə bilmirlər. Hesab edirəm ki, bu, cəmiyyətimizi narahat edən bir amil olmalıdır. İnsanlar televiziyada deyilənləri doğru hesab edirlər. İstər şou proqramı, istərsə də mətbəx verilişləri olsun, aparıcılar Azərbaycan dili normalarını bilməlidir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.