Ölkə

Ehsan Zahidov: "Belə adamların müraciətlərinə baxılmayacaq"

12 Avqust 2017 14:07
1 Şərh     Baxış: 2 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyi elektron Kütləvi İnformasiya Vasitələrində ayrı-ayrı şəxslərin qəbulla əlaqədar daxili işlər nazirinə ünvanladıqları müraciətlərə münasibət bildirib.

Milli.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, bu saytlar vətəndaşları aldatmaqla məşğuldur:
 
"Belə hallara biz də rast gəlirik. Az tanınan bir neçə sayt var ki, sanki, məhz bu sahədə ixtisaslaşıblar. Kiminsə müraciətini ictimailəşdirməklə, vəd verirlər ki, nazir səni dərhal qəbul edib dinləyəcək. Bununla da onlar rəhbərlik etdikləri mətbuat vasitəsini həm öz qanuni vəzifəsindən yayındırmış olurlar, həm də vətəndaşı aldadırlar. Çünki iş qrafiki daim sıx olan daxili işlər nazirinin KİV-də gedən hər müraciət əsasında qəbullar keçirməsi mümkün deyil. Hamıya məlumdur ki, nazir Ramil Usubov ayda iki dəfə vətəndaşların qəbulunu keçirir. Bunlardan biri, ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq respublikanın müxtəlif bölgələrində, ikincisi isə DİN-in inzibati binasında keçirilir. Onu da qeyd edim ki, cənab nazirin ayda iki dəfə olan qəbul günləri barədə əvvəlcədən bütün KİV-də elanlar verilir".
 
E.Zahidov qeyd edib ki, bundan əlavə, DİN-in rəsmi veb saytında (www.mia.gov.az) daimi fəaliyyət göstərən onlayn müraciət forması və nazirliyin rəsmi elektron poçt ünvanı ([email protected]) birbaşa müraciət etmək istəyən vətəndaşların ixtiyarındadır: "Buyurub rəsmi qaydada müraciət etsinlər. Əmin ola bilərlər ki, onların müraciətinə operativ və obyektiv şəkildə baxılacaq və özlərinə də bu barədə məlumat veriləcək. Kim ki, müraciətini KİV-lər vasitəsi ilə ictimailəşdirməklə cənab nazirin qəbuluna düşəcəyinə inanırsa, səhv edir. Bir daha deyirəm ki, belə müraciətlərə baxılmayacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.