Ölkə

Tələbə adı qazanan şəxslərin NƏZƏRİNƏ

12 Avqust 2017 10:36
15 Şərh     Baxış: 2 588

Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı nəticələrə əsasən, tələbə adı qazanan şəxslər avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. 

Bu barədə Milli.Az-a DİM-in mətbuat xidmətindən məlumat verilib. 

Mərkəzdən bildirilib ki, müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Qeyd edək ki, DİM 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Abituriyentlər müsabiqənin nəticələrini DİM-in internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin siyahısı avqustun 12-də (günün ikinci yarısında) "Abituriyent" jurnalının 7-ci sayında dərc olunacaq.
Ali təhsil müəssisələrinin müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11728 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent" jurnalının 8-ci sayında dərc olunacaq.
Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları "Abituriyent" jurnalının 5-ci sayında dərc olunub. Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 və ya Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarda yerləşən "Abituriyent" satış köşklərindən almaq olar. Jurnalı həmçinin  www.abiturient.az saytından sifariş etmək mümkündür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

15 Şərh:

  • Anonim
    milli.az daimi oxuyucu · 12 Avqust 10:5930

    Tələbə adi qazanan butun abituiyent ve valideynlerini urekden tebrik edirem. Xeyrli oxuyub başa vurasiniz. İşinizde uğular

    Cavab yaz
    • Anonim
      mehemmed · 12 Avqust 12:3700

      salam.men 11-ci sinifi bitirmisem kallece sened vermisdim 55 bal toplamisam.men ibtidai sinif muellimliyini yaza bileremmi?Xais edirem cavab yazin.

      Cavab yaz
  • Anonim
    anomin · 12 Avqust 13:0335

    telebe adiymis 4 ilden sora it kitabinda olmiyacaglar

    Cavab yaz
    • Anonim
      !!! · 12 Avqust 13:5421

      sağ ol yaxşı tebrik eledin. Eybi yox bu geceki sevinc, heyacan bir omre yeter!!.....

      Cavab yaz
    • Anonim
      cako · 12 Avqust 14:3100

      anonim bombasan bilirem goruwek?

      Cavab yaz
  • Anonim
    Fidan · 12 Avqust 13:5031

    Bacimida tebrik edirem 680 balla telebe adini qazanib

    Cavab yaz
  • Anonim
    anonime · 12 Avqust 14:5100

    seneneme dedimki goruwek

    Cavab yaz
  • Anonim
    $$$ · 12 Avqust 15:1800

    anonim goruwek sozum var yeri deyim?

    Cavab yaz
  • Anonim
    anonime · 12 Avqust 16:2900

    yeri deyim goruwek

    Cavab yaz
  • Anonim
    anonime · 12 Avqust 16:4100

    seneneme cvb ver

    Cavab yaz
  • Anonim
    anonime · 12 Avqust 16:4100

    serhimi verin

    Cavab yaz
  • Anonim
    anonime · 12 Avqust 16:5200

    werhimi verin

    Cavab yaz
  • Anonim
    anonime · 12 Avqust 16:5200

    goruwek

    Cavab yaz
  • Anonim
    anonime · 12 Avqust 16:5400

    ay qiz cvb ver

    Cavab yaz
  • Anonim
    anonime · 12 Avqust 16:5400

    seneneme

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.