Ölkə

Əhəd Abıyevin vəziyyəti kritikləşdi - Təcili Almaniyaya aparıldı

11 Avqust 2017 17:34
Baxış: 2 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin səhhətində ciddi problemlər yaranıb.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, Ə.Abıyevin səhhəti pisləşdiyi üçün təcili olaraq Almaniyaya aparılıb. Bir həftədən çoxdur Almaniyada müalicə olunan icra başçısının səhhəti ilə bağlı hər hansı məlumat əldə etmək mümkün deyil. İcra başçısı ona edilən telefon zənglərini cavabsız qoyur.

Məsələ burasındadır ki, Əhəd Abıyev bir müddət öncə Gəncədəki özəl xəstəxanaların birində ürəyindən əməliyyat olunub. Lakin əməliyyatı uğursuz keçdiyindən, icra başçısının vəziyyəti daha da kritikləşib.

Qeyd edək ki, Ə.Abıyev 3 çağırış millət vəkili olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.