Ölkə

"Azərbaycanda "qurd yağı" biznesi var, insanı 6 aya öldürür" - FOTO

10 Avqust 2017 16:40
21 Şərh     Baxış: 21 225

Elə bir dövrdə yaşayırıq ki, mistik qüvvələrlə bağlı qəti qənaətə gəlmək olmur. Bəzi insanlar cinin, cadunun, tilsimin olduğunu israr edir, bəziləri bu şeylərin adı çəkilən kimi gülürlər.

Milli.Az xəbər verir ki, metbuat.az insanların bu marağını nəzərə alıb, suallarımızı Azərbaycandan kənarda yaşayıb, fəaliyyət göstərən ekstrasens, parapsixoloq, metafizik Zərinə Ulduza ünvanlayıb. O iddia edir ki, bioenerji, gizli elm və neqativ enerjilərlə işləyə, onları yönləndirə, zərərsizləşdirə bilir.

- İlk sualımız belə olsun: Cadu varmı?

- Cadu, ovsun, sehir, tilsim... hamısı var. Bu "Quran"da da təsdiqlənib. Ağ-qara magiya var, hətta bunların qarşığından qırmızı magiya da yaradılıb.

- Bəs mistik aləm mövcuddurmu, cin varmı, varsa, bu cin insanın içinə necə girir?

- Bəli var. İndi belədi ki, kim falçıya gedir ya deyirlər sənin içinə cin girib, ya da cadu olunmusan. Əslində, bu suala insan özü daha yaxşı cavab verə bilər. Hava qaralanda içinə cin girən insanlarda narahatçılıq yaranmağa başlayır. Bunun üçün falçıya filana getmək lazım deyil. Bir termin var gizli elmlərə aid. 4 hərfdən ibarət işarədir. Hər bir insan bu termini vərəqə yazır, həmin kağızı 1 stəkan suya atır və həmin suyu içir. İnsanın içində müəyyən qüvvələr varsa, artıq onu narahat edəcək. İnsanın içinə cin giribsə, "Rükuyə", "Cin" surələrini oxuya bilər. Ümumiyyətlə, insana təsir edəcək çox qüvvə var. Cindən də dəhşətliləri var. Lənətli ruhlar var, olar ərafda ortada qalıblar. Ən qorxulu qüvvələr onlardı.

- Niyə insanın içinə cin girsin ki? Bu necə olur?

- Bəzən insanlar qaynar suyu yerə tökür və "bismillah" demirlər. Bu zaman biz cinlərə ziyan vurmuş oluruq. Cinlərin intiqam hissi insanların intiqam hissindən güclüdür. Və onlar başlayırlar qisas almağa. Ya evdəki uşaqları incidirlər, ya evə hücum edərək ortalığı dağıdırlar, ya da insanın içinə girib ona olmazın əzablar verirlər. Bizimlə bərabər çox varlıqlar yaşayır. Sadəcə, onları görmürük.

- Nə edək ki, bu yad canlılar insanların aləminə toxunmasın?

- Qüsul alıb "Əlqələm", "Nas", "Fələq", "İxlas"surələrini oxumaqla neqativ enerjilərdən qorunmaq olar.

- Deyirlər gecə güzgüyə baxdıqda cin insanın bədəninə girir, doğrudurmu?

- Güzgünü mən canlı hesab edirəm. Güzgü insanın neqativ enerjisini özünə götürür. Bir nəfər təzə evə köçür, görür evdə böyük güzgü var. Adətən böyük güzgülər baha olur. Adam "uf" demədən güzgünü götürüb zibilə atır. Çünki əvvəlki ailənin bütün neqativ enerjisi həmin güzgüyə çöküb.

- Bizim oxucularımıza varlamaq üçün bir çıxış yolu deyin.

- Əvvəlcə insan varlanmaq üçün qarşısına məqsəd qoyub, çalışmalıdır və mübariz olmalıdır. Sonra "Ayətəl-kürsi" duasının 4 hüddamı var, onları oxumalıdır. Bu dua üçün 4 varlıq ayrılıb. İnsan bunu oxuyanda həmin ayənin yetkililəri yerə enir ki, Allahın bu bəndəsi onları niyə çağırıb, diləyi, istəyi nədir?.. Və bunu həyata keçirməyə çalışırlar. Sıxıntıda, işi çətində, darda olanlar, borca düşənlərinsə "Mücür" duasını oxuması məsləhətdir.

- Məsələn, həbsdə olanlar hansı duanı oxumalıdır? Hansı dua onlara həbsdən çıxmağa yardım edə bilər?

- "İxlas", "Fələq" surələrinin oxunması məsləhətdir.

- Qurd yağı varmı? Bu yağ nə olan şeydir?

- Qurd yağı toksid maddədir. İnsan ölür, onu dəfn edrilər, qamış bitkisini həmin təzə qəbirə salırlar. 40 günün içində bədən boşalır, cəsəd qurdlayır, qamışın içi boş olduğundan qurdlar da

onun içinə dolur. Və həmin qurdları çıxardıb satırlar. Artıq bu bir qrup insanların biznesinə çevirilib. Qurd yağının heç bir gizli gücü yoxdur. Ancaq elə bir toksid maddədir ki, nə ilə yuyulsa da, sürtülən yerdən getmir. İnsan bədəninə bir dəfə dəydisə, hepatitdən də təhlükəli virus daşıyıcısıdır. 6 ay ərzində insanı bu zəhərli maddə məhv edir.

- Deyirlər caduya qarşı qoruyucu var. Doğrudurmu?

- Bir insana cadu olunursa, ona qoruyucu qoyulur və adı dəyişdirilir. Bu belədir ki, bu qoruyucunu qoyan kahinlər insanın adını və ana adını metofizika aləmində dəyişirlər. Ona görə də həmin adama cadu olunduqda cin onu tanımır. Hər cür müddətli qoruyucular var.

- Ailənin dağılması üçün cadu olunubsa, onu necə batil etmək olar?

- Əvvəl bu dəqiqləşdirilməlidir. Hər iki insanın adına "Quran" xət olunmalı və 1 stəkan suya "Fatiheyi-şərif", "İxlas", "Nəs", "Fələq" surələrinin hərəsi 7 dəfə oxunub cütlüyə içirilməlidir.

- Evində cadu olanlara nə çarə deyə bilərsiniz?

- Həmin cadu tapılmalıdır, üzərində 7 ədəd dəfnə yarpağı yandırıb axar suya atılmalıdır. Bu cür batil edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

21 Şərh:

  • Anonim
    Filizz · 10 Avqust 16:5420

    Dehsete geldim demeli menim balama ya cadu olunum yada daki cin incidir Allahdan basqa her seye lenet olsun yaradan Allahdi amma pis insanlar pis quvveler mehv ede bilir.

    Cavab yaz
  • Anonim
    Aze_Boy · 10 Avqust 16:5900

    Pah

    Cavab yaz
  • Anonim
    Emaaa · 10 Avqust 17:1860

    Bəs bu cadu kinlər xəstə olanda canlarından çəkəndə niyə özlərinə əlac edmirlər həkimə niyə qaçır lar helə camaat həkimlik edirlər hazlr öz canlarına müalicə etsinlərdə belə insan ömrü yazandlrlarsa helə hazlr ölüləri dirildsinlərdə.hər şey pul tələsi apsurd

    Cavab yaz
  • Anonim
    Heybet · 10 Avqust 17:2736

    Mawallah ne geweng gizdi. Raziyam mene gurd yagini sen cekesen

    Cavab yaz
  • Anonim
    Stariy Kiravabad! · 10 Avqust 17:3671

    Ay millet.... ALLAHINIZI taniyin. ALLAHINIZI sevin. ALLAHIN verdiklerini hemmewe wukurnen qarwiliyin. Wukurnuzu eksik etmeyin. ALLAHDAN qorxun. ALLAHIN qanunlarina riyayet eliyin. Bax bu olur esil varliq. ALLAHDAN bawka ALLAHIN yaratdigina hec bir quvve komek edemmez. ALLAHA siginin balalrinizida ozunuzude maliniz mulkunuzude ALLAH qoruyacaq. Cadudu cindi emeldi qurd yagidi caqqal suyudu bunnara ras gelenner ele kafirlerdi.

    Cavab yaz
  • Anonim
    ? · 10 Avqust 17:4020

    Caduyla məşgul olanları edam etmək lazımdır. Ən böyük nifrətə layiqdilər

    Cavab yaz
  • Anonim
    gold · 10 Avqust 19:0362

    cadu yoxdu bunu birdefelik beyninize yazin.cin yoxdu adam ozun gijdiye qoyur deyirler cin girib buna,gulmelidiye,QORXU VAR QORXU,NE QEDER OZUNE YAXIN BURAXSAN BIR O QEDER SENI DELI EDER,

    Cavab yaz
    • Anonim
      Golda · 11 Avqust 13:5112

      cinin olmasina aid Kurani Kerimde ayetler var. Feleq, Nas sureleri var. Sizde bunu beyninize yazin

      Cavab yaz
      • Anonim
        gold[Golda yazana] · 11 Avqust 23:0900

        bilirem.men Quranda yazilanlara hormet edirem amma inanmiram ALLAHA INANIRAM,cennetde cehennemde ele dunyanin bu uzundedi.kim yaxsilig pislik edir qabagina cixir,Quran ise pis insanlari yola getirmek ucundur,o vaxtin cinayet mecellesi kitabi olub,indiyenecende gelib cixib,men Qurani oxumamisdanda qabag vicdanli duzgun heyaliydim.Qurani yazani ise alqislayiram bizi pis insanlardan qoruyur.

        Cavab yaz
  • Anonim
    gold · 10 Avqust 19:0731

    cadugar falci yanina aciz paxil adamlar gedir,ozu bir qelet ede bilmir fikirlesir belke kagiz yag nese eledi o insana,

    Cavab yaz
  • Anonim
    Qeyret Namus · 11 Avqust 08:5600

    Aşaqıdakı 3 şekili gördük.ortadakı şekil mene çatmadı.neyese oxşayır.belke men düz görmürem.xahiş edirem fikrinizi bildirin.cox şübheli qalmışam.

    Cavab yaz
  • Anonim
    konul · 11 Avqust 09:3620

    niye ölmursen Camaat aya seyahete hazirlashir marsda torpaq tapir nuve silahlari atom bombalari elm inkishafi 21 esr neler olur neler buda deyir gurd yaqi yox bir keci piyi gunah bunlari adam yerine goyub pul tokenlerdedi

    Cavab yaz
  • Anonim
    Cəhrə qarı · 11 Avqust 10:1100

    Qara yerə girəsiniz, özü də köhnə qəbiristanlıqda ! Qaniçən Hitler qaraçı, falabaxan və belələrini Berlində bir gecədə güllələtdirib.

    Cavab yaz
  • Anonim
    Nika · 11 Avqust 11:0310

    Allahdan bawqa Allah yoxdu.cadu filan bow weydi.Allahiniza inanin O her weyi gorur ve bilir.Yalniz ona siginin.

    Cavab yaz
  • Anonim
    Süleyman · 11 Avqust 11:2110

    Siz düşünmürsünüz ki, nə yazırsınız? Azərbaycan get-gedə cəhalətə yuvarlanır, siz isə daha da kömək edirsiniz.

    Cavab yaz
  • Anonim
    Rr · 11 Avqust 12:3500

    ))))) netersen a falci,netersen)))))))

    Cavab yaz
  • Anonim
    CALAL · 11 Avqust 13:0700

    BU CADUGERDI,FALCHIDI,DIN ALIMIDI YA MIKROBIOLOQDU??HELE DE KAGIZI SUYA ATIB ICHIN DEYENLER VAR...NC,NC,NC...

    Cavab yaz
  • Anonim
    Hamlet · 11 Avqust 14:5400

    MemmedSefa_pesekardi...

    Cavab yaz
  • Anonim
    Serdar · 11 Avqust 15:2900

    O heroqliflər - "Bu Dünyadan o Dünyaya SMS"-dir....Zarıçka ?

    Cavab yaz
  • Anonim
    sirr · 11 Avqust 15:3110

    ölülər əsəri yadıma düşdü

    Cavab yaz
  • Anonim
    Roya · 11 Avqust 15:4900

    Ahahahah ! :D Necədə düşüncəsiz insanlar var deyirəm.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.