Ölkə

Direktor müavini: "Azərbaycanda yüksək temperatur havada oksigen seyrəkliyinin yaranmasına səbəb olub"

9 Avqust 2017 17:55
0 Şərh     Baxış: 3 152
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son 4 gündə davam edən isti, yüksək temperatur havada oksigen seyrəkliyinin yaranmasına səbəb olub.

Milli.Az xəbər verir ki, bunu report-a məlumat verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova bildirib. 

O qeyd edib ki, temperaturun yüksəlməsi, zəif şərq küləklərinin əsməsi nisbi rütubəti artırıb: "Qeyd etdiyim meteoroloji şəraitlə bağlı atmosfer havasının keyfiyyətinə nəzarət üzrə monitorinqlərin operativliyi artırılıb. Bu dörd gün ərzində hava hövzəsində bəzi inqridiyentlər, əsasən azot-oksidi, hisin miqdarı sanitar normadan 10-20 fazi yuxarı qalxıb. Bu, hazırkı hava şəraitində elə də böyük artım deyil. 2-3 kimyəvi maddənin miqdarının normadan bir qədər yuxarı olması durğun hava şəraiti ilə bağlıdır və insan sağlamlığı üçün heç bir təhlükə yaratmır. Statistikaya nəzər salsaq görərik ki, atmosferə ən çox çirkləndirici qaz qarışıqları nəqliyyat vasitələrindən atılır. Bu da bir faktdır ki, hər il avqust ayında "Təmiz hava" aylığı elan edilir və bu ayda nəqliyyat vasitələrinin tullantılarına ciddi nəzarət aparılır. Digər bir tərəfdən tətillərin bu ayda daha çox olması, şəhərdə avtomobillərin və tıxacların sayının azalması deməkdir. Ölkə ərazisində bu günlərdə tranzit gətirmələrin olmaması cüzi artımın lokal xarakter daşıdığını göstərir və havanın keyfiyyətinin qənaətbəxş olduğu qiymətləndirilir."

M.Avazova onu da bildirib ki, artıq avqust ayının 10-dan şimal küləyinin əsməsi gözlənilir. Bu da meteoroloji şəraitin yəni temperaturun 3-5 dərəcə enməsinə, eləcədə oksigen bolluğuna şərait yaradacaq. Onun sözlərinə görə, hazırda Bakı şəhərinin atmosfer havasında yüksək çirklənmə halı qeydə alınmır və sabahdan başlayaraq çikləndiricilərin intensiv səpələnməsi gözlənilir: "Bülletenlərimizdən istifadə edənlər meteoroloji şəraiti nəzərə alaraq öz səhhətlərinə daha diqqətli yanaşmalıdırlar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.