Ölkə

Çobanlar qoyun oğruları çıxdı - Polis yaxaladı

9 Avqust 2017 16:56
0 Şərh     Baxış: 1 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Masallı rayon sakinləri Azad Əliyev Novruz Abbasov avqust ayının 3-dən 7-dək olan müddətdə yardımçı təsərrüfatdan və fermadan qoyunlarının oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət ediblər. Həmin faktlarla əlaqədar rayon polis şöbəsində cinayət işi başlanılıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, izahatlarında A.Əliyev Yeddioymaq kəndindəki yardımçı təsərrüfatından 13 baş, N.Abbasov isə Təzəkənd kəndi ərazisindəki fermasından 11 baş qoyunun oğurlandığını bildirib. 

Şöbədə yaradılan istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerlərinə baxış keçirilib, müvafiq araşdırmalar aparılıb. 

Görülən tədbirlərlə qısa müddətdə oğurluğun törədilməsində şübhəli bilinən şəxs müəyyənləşdirilib və saxlanılaraq polis şöbəsinə gətirilib. Araşdırmalarla onun həmin rayonda çobanlıq edən Lerik rayon sakini Ağası Cəfərov olduğu müəyyən edilib.

Tutarlı dəlillər qarşısında o, həmyerlisi olan digər 2 çobanla birlikdə oğurluğu törətdiklərini etiraf edib. Artıq digər 2 çoban da polis tərəfindən saxlanılıb. Araşdırmalarla onların Afiyəddin İmanlıƏliağa İmanov olduğu, həmçinin Əliağanın cinayətdə sürücü kimi iştirak etməsi müəyyən edilib.

Çobanlar Şıxlar kəndi ərazisindəki fermalardan birindən də 9 baş qoyun oğurladıqlarını, qoyunları rayon bazarında, bir neçəsini isə qəssablara satdıqlarını bildiriblər.

Polis əməkdaşları tərəfindən 11 baş qoyun maddi sübut kimi Lənkəran və Masallı rayonlarında qəssablardan götürülüb. 

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.