Ölkə

Lütfi Zadənin vəziyyəti ağırdır - FOTO

9 Avqust 2017 16:02
6 Şərh     Baxış: 5 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin səhhətinin pisləşməsi barəsində bəzi KİV-lərdə məlumatlar yayılmışdı.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, dünya şöhrətli alimin yeganə övladı Norman Zadə açıqlama verərək, atasının vəziyyətinin ağır olduğunu deyib.

"Atam çox ağır xəstədir. O qorxunc gün gələndə, biz onu Azərbaycana aparmalıyıq".

Norman Zadə atasının ona vəsiyyət etdiyini bildirib: "Bizdən xahiş edib ki, onu Azərbaycanda dəfn edək".

Qeyd edək ki, Lütfəli Rəhim oğlu Əsgərzadə (Lütfi Zadə) 1921-ci ildə Bakıda Rəhim Ələsgərzadənin ailəsində dünyaya gəlib.

O, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir. 

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.