Ölkə

Ölü uşağı bir həftə bətnində gəzdirən ana xəstəxanada öldü - YENİLƏNİB

9 Avqust 2017 13:55
36 Şərh     Baxış: 7 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:55

3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində qeydə alınan ana və körpə ölümünün səbəbi Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasında araşdırılacaq.

Komissiyanın sədri Sevinc Məmmədova APA-ya bildirib ki, qeydiyyatda olmayan hamilə qadın- 1986-cı il təvəllüdlü Zeynəb Sabir qızı Əligülova ağır vəziyyətdə xəstəxanaya daxil olub. Onun sözlərinə görə, 32 həftəlik hamilə qadının bətnində döl ölü vəziyyətdə olub:

"Həkimlərin səyinə baxmayaraq ana və körpəni xilas etmək mümkün olmayıb. Ölümün səbəblərini araşdırmaq üçün ana və körpənin meyiti ekspertizaya göndərilib. Nazirliyin Doğuşayardım Komissiyasına təşrihin nəticələri və materiallar daxil olduqdan sonra ölümün əsas səbəbləri məlum olacaq".

----------

13:18

Bakıda baş vermiş ana və uşaq ölümünün ilkin səbəbləri məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Zeynəb Sabir qızı Əligülovanın uşağı onun bətnində bir həftə əvvəl ölüb.

Z.Əligülovanın hamiləlikdən gec xəbər tutduğu, bundan sonra uşağı düşürmək və hamiləliyi dayandırmaq üçün hansısa kimyəvi maddə qəbul etdiyi ehtimal edilir. Ana kimyəvi maddə qəbul etdikdən sonra uşaq ana bətnində ölüb. Bundan xəbərsiz olan ana bir həftə ərzində ölü dölü bətnində daşıyıb. Bir həftə sonra Z.Əligülova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, ananın həyatını xilas etmək mümkün olmayıb. Belə ki, ananın qəbul etdiyi zəhərli maddələr onun bədəninə sovrulub. Ölümə də bu səbəb olub.  

Ana öldükdən sonra döl çürümüş vəziyyətdə onun bətnindən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır. Ana və  uşaq ölümünün dəqiq səbəbi isə məhkəmə - kimyəvi ekspertizasının rəyindən sonra bilinəcək. 

----------

11:42

Bakı şəhərində ana və uşaq doğuş zamanı ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə 3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Zeynəb Sabir qızı Əligülova körpəsi ilə birgə doğuş zamanı dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.