Ölkə

Bakı sakinlərinə XƏBƏRDARLIQ: 18:00-dan sonra çalışın küçəyə çıxmayın

8 Avqust 2017 15:14
8 Şərh     Baxış: 19 561

Bakıda küçələrin dar olması, hündürmərtəbəli binaların tikilməsi və avtomobillərin sayının artması paytaxtda havanın sürətlə çirklənməsinin əsas səbəbləridir.

Milli.Az xəbər verir ki, bu barədə sputnik-ə müsahibəsində ekoloq Vaqif Əliyev deyib.

Onun sözlərinə görə, hər il dünyada təxminən 3 milyona yaxın insan atmosferi bürüyən zəhərli qazlardan dünyasını dəyişir.

"Havanın çirklənməsi bakteriyalar, mikroblar, müxtəlif zərərli qazlar, toz və digər amillərlə bağlıdır", - Vaqif Əliyev bildirib.

Terapevt Məlahət Abbasova isə bildirir ki, çirkli hava insanda astmaya, ürək çatışmazlığına, nəfəs yollarındakı xroniki xəstəliklərə səbəb olur. Bundan başqa, çirkli hava insanların aqressivləşməsinə də səbəb olur.

Məlahət Abbasovanın sözlərinə görə, havanın çirklənmə səviyyəsi ən çox 18:00-dan gecə yarısına qədər olan vaxtda daha yüksək olur.

"İnsanlara, xüsusilə də ürək xəstəliyindən əziyyət çəkənlərə, Tənəffüs orqanlarında problemi olanlara bu saatlarda evdən çölə çıxmamaq məsləhət görülür. Kirli hava daha çox qadın, qoca və uşaqlara təsir edir", - terapevt bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

8 Şərh:

  • Anonim
    aaa · 8 Avqust 16:08141

    Saat 18:00-da mənim iş vaxtım bitir, küçəyə çıxmasam evə necə gedə bilərəm.

    Cavab yaz
    • Anonim
      Bbb · 8 Avqust 17:03192

      Iwde qal onsuz saba gedessende

      Cavab yaz
    • Anonim
      Tural ismayilov · 8 Avqust 22:5111

      ha ah ha

      Cavab yaz
  • Anonim
    nigar · 9 Avqust 00:5620

    Biri deyir saat 11.00-dan 17,18.00-dək küçələrdə az olun,gün vurar, o biri deyir 18.00-dan gecə yarısınadək küçəyə cıxmayın nəfəsiniz zəhərlənər. Soruşmaq ayıb olmasın bu camaat gecə evində yatmayıb küçəyə cıxsın? Havamız odərəcədə zəhərlidisə daha onu-bunu qonaq niyə cağırırıq? Yoxsa şəhəri turistlər üçün boşaltmalıyıq? Camaat əl-ayağa dolaşır? Adam bir məsləhət verəndə önünü-arxasını fikirləşəb məsləhət verər!!!

    Cavab yaz
  • Anonim
    iranli · 9 Avqust 09:2000

    o zaman sizde bir fetva verin ki 18:00 a kimi hami gezmekde olsun 18:00 dan sonra isde olunki qazlardan gorunun :)

    Cavab yaz
  • Anonim
    Meri · 9 Avqust 09:4610

    Çox ağılsız məsləhət verirlər bəs işləyən insanlar evə necə getsinlər

    Cavab yaz
  • Anonim
    Mk · 9 Avqust 12:1500

    Dəhşətdirlər bunlar Vallah. 18.00 a qədər onsuzda evdən çölə çıxmaq mümkün deyil. Ondan sonra çıxmaq da olmazmış

    Cavab yaz
  • Anonim
    ziya · 10 Avqust 21:0300

    havaxtindi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.