Ölkə

Sabahın HAVAsı - Bakıda 41 dərəcə isti olacaq

8 Avqust 2017 13:09
57 Şərh     Baxış: 4 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 09-da hava şəraitinin günəşli olacağı gözlənilir. Zəif cənub-şərq küləyi əsəcək, axşam şimal -qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 37-42, Bakıda gecə 26-28, gündüz 39-41 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 35-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 28-29, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 29-30, Türkan, Hövsan, Sahil, Şıxda 30-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında

Avqustun 09-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, axşam ayrı-ayrı yerlərdə arabir güclənək.
Havanın temperaturunun gecə 22-27, gündüz 38-43, dağlarda gecə 16-21, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.