Ölkə

84 həkim işə müsabiqə ilə qəbul olundu

4 Avqust 2017 13:41
0 Şərh     Baxış: 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhiyyə Nazirliyi həkimlərin mərkəzləşdirilmiş işə qəbulu ilə bağlı keçirdiyi son müsabiqənin nəticəılərini açıqlayıb.

Milli.Az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, müsabiqə iyulun 24-25-də keçirilib. Müsabiqənin nəticılərinə əsasən, 84 nəfər həkim işə qəbul edilib.

Qeyd edək ki, "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı Azərbaycan Səhiyyə Nazirliyinin kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən, nazirliyin tabeliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.