Ölkə

Ərəb turistlərin "dəhşətli hekayələri"ndən xəbərsiz bloqqer - VİDEO

3 Avqust 2017 12:15
2 Şərh     Baxış: 3 052
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda sosial şəbəkələrdə ərəb türistlərinin "dəhşətli hekayələr"i sürətlə yayılır.

Milli.Az bildirir ki, yerli sakinlərin "hekayələrinə" görə gah həmin turistlər restoranda kimisə döyür, gah da onların özlərini kimsə döyüb, qarət edir və yaxud da aldadır. Ərəblərin azərbaycanlı qadınlara təcavüz etməsi kimi xəbərlər də gözdən yayınmır.

Ölkəmizin yaxın şərqdə turistlərin marağını çəkməsi sirr deyil. Onlar Bakı, Şəki və Quba kimi şəhərlərə gedib orada video-bloqlar çəkib öz dostları və izləyiciləri ilə bölüşürlər.

Hal-hazırda Travel and Tourism News Middle East-də "Azərbaycan xalqının dostcanlılığı" haqqında məqalələr yazır. Lakin həmin məqalələrin müəllifləri, çətin ki, sosial şəbəkələrin Azərbaycan seqmentində qonaqlar haqqında yazılmış çirkin yazıları oxuyublar.

Qonaqların getdikdən sonra ölkəmiz haqqında xoş sözlər ifadə etmələri Azərbaycana turist axınının artacağını proqnozlaşdırmaq üçün əsas verir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ərəb Turistlərin

Ərəb Turistlərin

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.