Ölkə

Avropa İttifaqı Lənkərana 13,5 milyon avro ayırdı

3 Avqust 2017 11:37
0 Şərh     Baxış: 2 232
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı Azərbaycanın Lənkəran rayonunun inkişafı üçün 13,5 milyon avro vəsait ayırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yeni yardım paketinin ayrılmasında məqsəd kənd və regionların inkişafı vasitəsilə ölkənin iqtisadi diversifikasiya siyasətini dəstəkləməkdir.
 
Bildirilir ki, adambaşına düşən investisiya və gəlirlərə görə Lənkəran ən aşağı səviyyədə olan regionlardan biridir, lakin, eyni zamanda, bu regionun bağçılıq sahəsində böyük potensialı var.

Qeyd olunur ki, proqramın məqsədi regionun rəqabətədavamlılığını artırmaq, meyvə-tərəvəz sahəsində dayanıqlı inkişafını təmin etməkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.