Ölkə

Nazir: "Bölgələrimizə gələn turistlərin sayı ildən-ilə artmaqdadır"

1 Avqust 2017 16:43
Baxış: 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxt Bakı ilə yanaşı, bölgələrimizə gələn turistlərin sayı ildən-ilə artmaqdadır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vətəndaşların qəbulundan sonra Şəki şəhərindəki bir sıra mədəniyyət müəssisələrinə baş çəkərkən deyib.

Nazir bildirib ki, Şəki ölkəmizdə turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Bu baxımdan qədim şəhərin tarixi məkanlarının gələn qonaqlara yüksək səviyyədə təqdimatı və turistlərə göstərilən mədəni xidmətlərinin səviyyəsi daha da artırılmalıdır.

Nazir xalq şairi Bəxtiyar Vahabzadənin vaxtilə yaşadığı evə gəlib. Bildirilib ki, şair sağlığında bu evi uşaq bağçasına verib, Şəki şəhər 3 saylı uşaq bağçası burada yerləşib. Qeyd olunub ki, Prezident İlham Əliyev Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama uyğun olaraq həmin evdə Xalq şairinin ev-muzeyi yaradılacaq. Hazırda muzeydə son tamamlanma işləri həyata keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.