Ölkə

Abituriyentlərin DİQQƏTİNƏ: keçid ballarında yanlışlıq

28 İyul 2017 15:11
0 Şərh     Baxış: 3 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət İqtisad Universiteti keçid ballarındakı yanlışlıqla bağlı məlumat yayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) "Abituriyent" jurnalının ikinci nömrəsində 2016-cı ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid ballarını təqdim edib. Jurnalda UNEC-lə bağlı yanlışlığa yol verilib:

Biznesin idarəedilməsi, tədris türk dilində, əyani, 600 (600) bal;
 
Biznesin idarəedilməsi, tədris ingilis dilində, əyani, 318 (580) bal.
 
Ali təhsil müəssisələrinə ixtisas seçiminin başladığı mərhələdə abituriyentlərin diqqətinə çatdırmaq istəyirik ki, ötən il biznesin idarəedilməsi ixtisasına ingilis dilində tədris üçün keçid balı 600, türk dilində tədris üçün isə 318 (580) olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.