Ölkə

Biləsuvarda 9 yaşlı qızı dayısı oğlu güllələyərək öldürdü - YENİLƏNİB - VİDEO - FOTO

28 İyul 2017 19:48
12 Şərh     Baxış: 6 608
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:48

Biləsuvarda bədbəxt hadisə yaşanıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, bibisigilə qonaq gələn 7 yaşlı Bəxtiyar Gözəlov evdə olan ov tüfəngi ilə oynamaq istəyərkən ehtiyyatsızlıqdan atəş açıb və güllə bibisi qızı 9 yaşlı Səbinə Qasımovaya dəyib.

Nəticədə uşaq elə hadisə yerindəcə dünyasını dəyişib.

Kənd sakini: "Nə atası evdə olub, nə anası. Hər ikisi evdə olublar. Uşaqlar evdə oynayıblar. Ov tüfəngi də evdə olub"

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində cinayət işi qaldırılıb.

Videonu izləmək üçün şəklə klikləyin:

Biləsuvarda 9 yaşlı qızı dayısı oğlu güllələyərək öldürdü 

---------

13:43

Biləsuvarda əlində silah açılan 7 yaşlı oğlan güllələdiyi qızın dayısı oğlu imiş.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bədbəxt hadisə həyatını itirmiş qızcığazın evində baş verib.

Belə ki, bibisigilə qonaq gəlmiş 2010-cu il təvəllüdlü Gözəlov Bəxtiyar Rafiq oğlu evdə olan ov tüfəngi ilə oynamaq istəyərkən ehtiyatsızlıqdan atəş açılaraq bibisi qızı, 2008-ci il təvəllüdlü Qasımova Səbinə Elşən qızını öldürüb.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində cinayət işi qaldırılıb.

--------

11:27

Biləsuvar rayonunda güllələnərək öldürülən şəxsin adı açıqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu, 2010-cu il təvəllüdlü Qasımova Səbinə Elşən qızıdır.

Onu qohumu 2008-ci il təvəllüdlü Gözəlov Bəxtiyar Rafiq oğlu ov tüfəngi ilə güllələyərək öldürüb.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

---------

11:22

Biləsuvar rayonunda güllələnmə olub.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndində baş verib.

Belə ki, həmin kəndin sakini qohumu tərəfindən güllələnərək öldürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.