Ölkə

Rusiyanın tanınmış jurnalisti Azərbaycan mediasına tövsiyələrini verdi - FOTO

27 İyul 2017 11:25
0 Şərh     Baxış: 1 317
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Beynəlxalq Bankının təşkilatçılığı ilə media nümayəndələri üçün master-klass keçirilib.

Azərbaycan Beynəlxalq Bankının (ABB) təşəbbüsü və təşkilatçılığı ilə Bakıda 60-dan çox jurnalist, bloqqer, marketinq və PR mütəxəssisi üçün ustad dərsi (master-klass) keçirilib.

Milli.Az xəbər verir ki, dərsi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, MDBMİ-nin Beynəlxalq jurnalistika fakültəsinin dekan müavini, eyni zamanda SSRİ və Rusiya xüsusi xidmət orqanlarının əfsanəvi kəşfiyyatçısı, istefada olan general-mayor Yuri Kobaladze aparıb.

Y.Kobaladze "Peşəkar jurnalist olmağın sirləri - jurnalistika zirvəsində 40 il" mövzusuna həsr olunmuş seminarda media sahəsindəki zəngin təcrübəsini bölüşüb. O interaktiv formada keçən tədbirdə iştirakçılara sosial əlaqələrin qurulması ilə bağlı faydalı tövsiyələr verib, onların suallarını cavablandırıb.

Qeyd edək ki, ABB bu layihəni jurnalistlərin fərdi inkişafına dəstək məqsədilə təşkil edib. Tədbir həmçinin, Bankın bu günlərdə milli mətbuatımızın yaranmasının 142-ci ildönümünü qeyd etmiş media nümayəndələrinin peşə bayramına özəl hədiyyəsidir. Bildirilib ki, yeni inkişaf mərhələsində olan ABB media ilə əlaqələrin inkişafına böyük önəm verir və bu cür maraqlı layihələr gələcəkdə də davam etdiriləcək.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.