Ölkə

Azərbaycanda 20 yaşlı hamilə qadının dəhşətli sonu - YENİLƏNİB

27 İyul 2017 12:52
11 Şərh     Baxış: 6 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:52

Ötən gecə Göyçay rayonunun Hacalıkənd kəndində intihar hadisəsi baş verib. 

Milli.Az azxəbər-ə istinadən bildirir ki, ənd sakini, 1997-ci il təvəllüdlü Salmanova Fəridə Kərəm qızı yaşadığı evin zirzəmisində özünü asaraq həyatına son qoyub. Gənc qadının ailə üzvləri onun öz əcəli ilə öldüyünü bildirərək dəfn etməyə çalışsa da, sonradan onun intihar etdiyi məlum olub.

Bildirilir ki, 20 yaşlı Fəridə ailəli, 1 uşaq anası olub. O, bibisi oğlu ilə ailə həyatı qurubmuş. Lakin həyat yoldaşının radikal dini təriqətlərdən birinə üzv olması səbəbindən ailədə narazılıqlar yaranırmış. O da məlum olub ki, F.Salmanova bir neçə aylıq hamilə olub.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam edir.

------------

10:45

Göyçay rayonunda intihar hadisəsi olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hacallı kəndində qeydə alınıb. Kənd sakini, bir uşaq anası, 20 yaşlı Fəridə Kərtəm qızı Salmanova yaşadığı evin zirzəmisində özünü asıb.

Polisə ilkin olaraq F. Salmanovanın ürək tutmasından öldüyü bildirilsə də, sonradan araşdırmalar nəticəsində onun intihar etdiyi məlum olub.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.