Ölkə

Neftçalada çağırışa gedən masajçı uşaq həkimini it dişlədi

26 İyul 2017 12:00
1 Şərh     Baxış: 1 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Neftçala rayonunun Aşağı Surra kəndində Salyan rayon sakini olan 46 yaşlı masajçı uşaq həkimi Kamal Səfərovu it dişləyib.

Milli.Az xəbər verir ki, həkimin virtualaz.org-a verdiyi məlumata görə, iflic xəstəsi olan uşağın növbəti masajını etmək üçün həyətlərinə daxil olan zaman ona iri bir it hücum edərək dişləməyə başlayıb.

Yalnız ev sahibinin müdaxiləsi nəticəsində xəsarət almış həkimi itin əlindən almaq mümkün olub.

Salyan Mərkəzi rayon Xəstəxanasına çatdırılan Kamal Səfərova quduzluq əleyhinə peyvənd vurularaq ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, Kamal Səfərov Salyan şəhərində fəaliyyət göstərən özəl tibb müəssisələrindən birində masajçı həkim işləyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.