Ölkə

Yanğında təxliyə olunan abituriyentlər sabah imtahan verəcək

26 İyul 2017 11:13
0 Şərh     Baxış: 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyə olunan abituriyentlər iyulun 27-də keçiriləcək yeni imtahan üçün "imtahana buraxılış vərəqəsi"ni çap edirlər.

Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, 26 iyul saat 10:40-a olan məlumata əsasən, imtahanda iştirakı gözlənilən 832 abituriyentdən 189 nəfəri hələ də "imtahana buraxılış vərəqəsi"ni çap edib götürməyib.

"İmtahana buraxılış vərəqəsi"ndə yeni imtahanın keçiriləcəyi yer, bina, vaxt və s. haqqında məlumatlarla tanış olmaq olar.

Buraxılış vərəqəsi ilə yanaşı abituriyentlərə "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və "İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.