Ölkə

Göygöldə zəncirvari qəza - YENİLƏNİB - VİDEO - FOTO

26 İyul 2017 12:18
0 Şərh     Baxış: 1 285
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:18

Bakı-Qazax magistralında isə 3 avtomobilin iştirakı ilə qəza baş verib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, hadisə günorta saatlarında yolun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

42 yaşlı Qəzənfər İsmayılovun idarə etdiyi "Kamaz" markalı yük avtomobili Bakı istiqamətində hərəkətdə olarkən 48 yaşlı Zahid İsmayılovun idarə etdiyi "Hyundai" markalı kiçiktonnajlı yük avtomobili ehtiyatsızlıqdan arxadan ona çırpılıb. Bu zaman eyni istiqamətdə gedən, 47 yaşlı Akif Mustafayevin sükanı arxasında olduğu "Ford" markalı kiçiktonnajlı yük maşını qəzadan yayınmaq istəyərkən yolun kənarındakı dəmir məhəccərə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, hər üç nəqliyyat vasitəsinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

-------------------

25.07.2017

17:54

Bakı-Qazax magistral yolunda üç avtomobil qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yolun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətdə hərəkətdə olan "Hyundai" markalı kiçik tutumlu yük avtomobili arxadan eyni istiqamətdə hərəkətdə olan "KamAZ"a çırpılıb. Bu zaman qəzadan yayınmaq istəyən "Ford" markalı yük avtomobili yolun kənarında olan dəmir maneəyə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Göygöldə zəncirvari qəza: 3 yük maşını bir-birinə çırpıldı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.