Ölkə

Şəkidə elektrik naqili yolda olan kamaz, qoşqu və 6 ton otu kül etdi - VİDEO - FOTO - YENİLƏNİB

25 İyul 2017 17:09
0 Şərh     Baxış: 3 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:09

Şəkinin Aydınbulaq kəndində yanğın hadisəsi baş verib.

Milli.Az ARB Şəki-yə istinadla xəbər verir ki, saat 10:00 radələrində 1961-ci il təvəllüdlü Nazir Səmədova məxsus kamaz markalı yük maşını və qoşqusu tamamilə yanıb.

Həmçinin kamaza yığılmış 4 və qoşquda olan 6 ton ot da tam yanaraq külə çevrilib. Hadisə şahidlərinin sözlərinə görə, ot bağlaması ilə dolu olan yük maşını kəndin ərazisindən keçərkən elektrik naqillərindən birinə ilişib. Nəticədə naqil qırılıb və ot bağlamasının üzərinə düşüb. Yaranmış ani qığılcım isə çox böyük yanğının baş verməsinə səbəb olub. Bir neçə metr irəlilədikdən sonra yük maşınının sürücüsü yanğının böyüdüyünü görüb və maşını saxlayaraq ərazidən uzaqlaşıb. Yanğın nəticəsində ot bağlamalarının bir qismi yerə aşıb.

Hadisə yerinə dərhal Şəki Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürən maşını gəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı saat 13:20-də çətinliklə də olsa alınıb.

Faktla bağlı araşdırma aparılır.

-----------

16:16

Gündüz saatalrında Şəkidə yanğın faktı qeydə alınıb.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, rayonun Aydınbulaq kəndində vətəndaşa məxsus "Kamaz" markalı yük avtomobilinin yanar hissələri, banına yığılmış 4 ton ot bağlaması, avtomobilə qoşulmuş qoşqunun yanar hissələri və qoşquya yığılmış 6 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şəkidə elektrik naqili yolda olan kamaz, qoşqu və 6 ton otu kül etdi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.