Ölkə

Azərbaycanda 8 müəssisə açılacaq - 1600 yeni iş yeri

25 İyul 2017 14:55
0 Şərh     Baxış: 1 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda 8 xalça müəssisəsinin tikintisi bu il başa çatdırılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədi ilə "Azərxalça" ASC tərəfindən 10 rayonda xalça müəssisələrinin tikintisinə başlanılıb və artıq Füzuli rayonunun Horadiz qəsəbəsində xalça müəssisəsi fəaliyyət göstərir.

Bildirilib ki, Şəmkir rayonunda isə bu cür müəssisə artıq fəaliyyətə başlamağa hazırdır. 8 müəssisənin tikintisi isə bu il başa çatdırılacaq. Bu müəssisələr işə başladıqdan sonra ümumilikdə 1600 yeni iş yerinin açılması təmin ediləcək.

Xalça istehsalı üçün etibarlı xammal bazasının yaradılması, habelə ixrac potensialının artırılması məqsədilə yunun tədarükü sistemi yaradılır. Artıq 4 rayonda yun tədarükü məntəqəsinin təşkili istiqamətində iş aparılır. Bundan başqa, "Azərxalça" ASC tərəfindən əyirici-boyaq müəssisəsinin tikintisi davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.